Auditoriya.az Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci kurs tələbəsi Aslan Şərifovun “Azərbaycan və AŞPA arasında münasibətlər və tarixi” sərlövhəli məqaləsini təqdim edir:
“Hər kəsə məlum olduğu üzərə 2024-cü il 24 yanvar Azərbaycan rəsmi olaraq AŞPA-nı tərk etdi. Əvvəlcə AŞPA-nın nə olduğu və tarixi ilə bağlı qısa məlumat verək. AŞPA yəni Avropa Şurası Parlament Assambleyası 1949-cu il 5 may tarixində yaranmışdır. 2 əsas rəsmi dili mövcuddur:
1-ingilis dili
2-fransız dili
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa şurasının parlament qoludur.Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edir və 306 üzvdən ibarətdir. Adətən ildə dörd dəfə Fransanın Strasburq şəhərində bir həftəlik plenar iclaslarda toplanır. Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Assambleyanın əsas vəzifələri hökümətlərə təyziq göstərərək insan hüquqlarını qorumaq və demokratik standartların təmin olunmasına nəzarət etməkdir. Bunun üçün isə yeni təkliflər irəli sürməli və islahatlar üçün imkanlar yaratmalıdır. Assambleya yarandıqdan sonra ilk sessiyasını elə həmin il yəni 10 avqust 1949-cu ildə Strasburqda (Fransanın şimal-şərqində yerləşən şəhəri) keçirdi. Avropanın ən qədim beynəlxalq assambleyalarından biri hesab olunur. Assambleya demokratik bir cəmiyyət üçün bəzi uğurlar əldə etdi. O uğurlardan bəziləri bunlardır:
1-Yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi
2-Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması
3-1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım
4-münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etmək
AŞPA-nın insan hüquqlarını qorumaq üçün bəzi önəmli hesab olunan səlahiyyətlər mövcuddur. Onlar aşağıdakılardır:
1-46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək
2-Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq
3-Hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına sualların ünvanlanması
4-Parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək
5-Ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək
6-Üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək
7-Üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etmək
Bu səlahiyyətlər insan hüquqların pozulmasının qarşınısı almaq üçün, işgəncələrin, terrorizmin qarşısını almaq və daha demokratik bir cəmiyyət yarada bilmək üçün vacib hesab olunur.
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatlar digər münasibətlərində formalaşmasında böyük rol oynayır. Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. 1996-cı il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycanın daha demokratik hala gəlməsini istəyən Heydər Əliyev 1996-cı il iyulun 13-də Avropa Şurası baş katibinin adına məktub göndərdi. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib. 2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
İlk sessiyada Azərbaycan nümayə heyətinin rəhbəri kimi İlham Əliyev çıxış edirdi. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Bu isə Azərbaycan tərəfi üçün öz bəhrələrini verməyə başlamışdı. AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib. Bu hadisə Azərbaycan dövlətinin demokrasiya anlayışının yüksək inkşafını göstərirdi. Sonraki dövrdə isə münasibətlər əvvəlki kimi davam etmir. Münasibətlər getdikcə pozulur. Bunun əsas səbəbi isə AŞPA-nın “Qarabağ məsələsində” yetərsiz qalması və tərəfli davranışları idi. Bu baş verənlər və Azərbaycanın əlehinə qəbul edilən qərarlar münasibətləri getdikcə daha pis vəziyyətə gəlməsinə səbəb olur və Azərbaycanın AŞPA-nı tərk etməsinə gətirib çıxarır. AŞPA-nın tərkibindəki bəzi nümayəndələrin heçdə sülh və demokratiya üçün fəaliyyət göstərmədiyini Ermənistanın AŞPA-da fəaliyyət göstərən nümayəndəsi Naira Zohrabyannın etdiyi paylaşımlardan görmək mümkün idi. O Mingəçevir su anbarını vuraraq Azərbaycana qarşı terrora çağırışlar edirdi. Prezident köməkçisi Hikmət Hacıyev isə Naira Zohrabyanın paylaşımlarını ifşalamış və AŞPA mandatından məhrum edilməli olduğunu vurğulamışdı. Hüquqlarının pozulmasına baxmayaraq Azərbaycana yetəri dəstək göstərilmir amma Azərbaycana qarşı terror hadisələri törədənlərə başçılıq edənlər siyasi məhbus adı altında qələmə verilirdi. Onların sərbəst buraxılması kimi onlarla tələblər irəli sürülür. Azərbaycan isə öz qətiyyətli mövqeyini qoruyaraq bütün bu təklifləri rədd edir. Bundan sonra Azərbaycan başqa ittihamlarla üz-üzə qalır. Onlardan bəziləri bunlardır:
1-Azərbaycanda siyasi məhbusların olması
2-Qarabağda yaşayan əhalinin zor yolu ilə köçürülməsi
Hər kəsə məlum olduğu üzrə isə bunlar sadəcə yalandan ibarətdir. Azərbaycan tərəfi terrorçuları zəbt edib və onlar Azərbaycan məhkəmələrində sorğuya çəkilərək lazım olan cəzanı qanuni şəkildə alırlar. Qarabağda yaşayan əhali isə zorla köçürülmədiyi hər kəsə məlumdur əgər belə olsa idi Qarabağ bölgəsində heç bir erməni qalmazdı və bundan başqa orda yaşayan əhaliyə maddi və mənəvi yardım göstərilməzdi. Azərbaycanı tərk edənlər isə zor yolu ilə yox, könüllü şəkildə bu ərazini tərk ediblər.
Yekun olaraq, Azərbaycan üçün demokratik qaydalar və demokratik cəmiyyət önəmlidir amma bu proses baş verərkəndə öz azadlığını və haqlarını qorumalıdır. Biz bir xalq, bir cəmiyyət olaraq bilirik Azərbaycanın inkşafı və gələcəyi hər hansı bir təşkilatdan yox, parlaq gənclik və maariflənmiş cəmiyyətdən aslıdır”.