Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov 20 iyun 2026-cı il tarixində Cəlilabad rayonunun Təzəkənd kəndində seçicilərlə növbəti görüş keçirib.
Seçicilər əsasən əkin sahələrinin suvarılması ilə bağlı çətinliklər, torpaqların sənədləşdirilməsi, məşğulluq, kənd qəbirstanlığının ərazisinin genişləndirilməsi, səhiyyə məsələləri, işıq enerjisi infrastrukturunun daha da yaxşılaşdırılması və digər məsələləri ilə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələbələrinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib.









