Azərbaycan Respublikasının gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi və Elmi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən Qarabağın Konstitusiya Elçiləri layihəsi uğurla yekunlaşdı.
“Qarabağın Konstitusiya Elçilər” layihəsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş qrant müsabiqə əsasında həyata keçirilir.
Layihənin məqsədi iştirakçıların konstitusiya biliklərini artırmaq, hüquqi düşüncələrini formalaşdırmaq, dövlətçilik dəyərlərini təşviq etmək və onların praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Layihəyə Qarabağ Universitetində təhsil alan, hüquqi biliklərini artırmaq və dövlətçilik dəyərləri sahəsində inkişaf etmək istəyən yüksək motivasiyalı tələbələrin cəlb edilməsi nəzərdə tutulur.



