Ölkəmizdə hal hazırda ən aktual mövzulardan biri enerji təhlükəsizliyidir.
Ötən həftə cənab Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxışı zamanı çox vacib fikirləri oldu. Xüsusən də Şərqi Zəngəzurun ölkəmiz üçün əhəmiyyətindən danışıldı. Şərqi Zəngəzurun bir çox asberqdən bizim üçün önəmi var. Birinci onun siyasi əhəmiyyətidir ki, bu da Azərbaycanı Türkiyə ilə birləşdirəcək əsas yollardan biridir. Eyni zamanda nəyinki Azərbaycanı, həm də burada orta dəhliz və digər layihələr baxımından da Şərqi Zəngəzurun xüsusi əhəmiyyət daşıdığını görürük.
Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər. Şərqi Zəngəzur Asiya ilə Avropanın birləşməsinə öz tövhəsini verə bilər. Xüsusilə yüklərin daşınması baxımından, daha ucuz başa gəlməsi baxımından xüsusi önəm daşıyan bir məsələdir. Şərqi Zəngəzurun digər önəmli tərəfi isə hamıya məlumdur ki, Azərbaycan işğaldan azad etdiyi etdiyi ərazilərdə yaşıl enerjidən çox istifadə edir. Gələcəkdə plan ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerji xaricə ixrac olunacaq. Hətda bunun Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir.
Eyni zamanda cənab Prezident çıxışında Qarabağda və Şərqi Zəngəzurda təxminən 30-a yaxın elektrik stansiyası üzərində işlərin yekunlaşdığından söhbət açdı. Cəbrayıl rayonunda böyük bir Günəş elektrik stansiyası inşa olunacaq. Eyni zamanda bu ərazilərdə mərkəzləşdirilmiş enerji paylayıcıları mərkəzi yaradılıb və sistemləri qurulub. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır. Gələcək vəziyyətdən asılı olaraq burada digər istiqamətlərdə də addımlar atıla bilər.
Tədbirdə bir sıra memorandımlar imzalandı. Bu memorandımların tarixi hesablanmış bir dəyəri var. Yaşıl enerji məsələsi cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın son illər həyata keçirdiyi önəmli layihələrdən biridir. Azərbaycan bu prosesdə mühim rol oynayır. Məqsəd artıq yaşıl enerjidir. Çox qlobal layihələrə Azərbaycan imza atdığını görürük.
Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qaradağda, Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu artıq ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji baxımdan, həm də xərclər baxımından və həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə satacayıq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov