11-ci sinif şagirdi Harvard Universitetinə qəbul olunub

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Qəndab Məmmədova dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Harvard Universitetinə qəbul olunub.

O, 2021, 2022 və 2023-cü illərdə fizika fənni üzrə Respublika Fənn Olimpiadalarında iştirak edərək hər il gümüş medal qazanıb.

Həmçinin 2021, 2022 və 2023-cü illərdə Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA), 2022-ci ildə Beynəlxalq Fizika Olimpiadasına (IPHO), 2023-cü ildə isə Beynəlxalq Jautikov Olimpiadasına (IZHO) qatılaraq ölkəmizi layiqincə təmsil edib.